|
::::: İsmayil Cəmili
Yenə oxullar açılır
Yenə oxullar açılır
Yadlaşmanı örətməyə
Yurdumuzun balaları
Özgə dildə ağzın əyə.
Yenə başlır göz önündə
Kimliyimiz talan olsun
Füzuli-nin, Nəsimi-nin
Çiçək dolu bağı solsun.
Doğma dadlı Yuxumuzu
Yad istəyir xab eyləsin
Ayna bulağların Suyun
Bulandırıb ab eyləsin.
Bacı, qardaş unudulsun
əziz Anam madər olsun
Heydər baba qan ağlasın
Şəhriyarın gözü dolsun.
Xəzan çağı bağlar kimi
Varlığımız yarpaq tökür
Öz dilimiz susdululur
Özgə dili qulaq sökür.
Yenə oxullar açılır
Varlığımız dustaq ola
Talan olan yurdumuzda
Ana dilim yasaq ola.
----- ------- -----
İsmayil Cəmili
++++++++++
|