Top Shekil

Ev səhifə Qonaq Şairlər İsmayil Cəmili (İgid Qala)

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı

::::: İsmayil Cəmili





İgid Qala



Yaşıllığın gucağında

Zirvədə bir qartal yatıb

Ağ qanadlı pərilər tək

Dörd bir yanın bulud alıb.


Daş qayalar omuz verib

Göylərə yüksəlib qala

Qalıbdır ki igidliyin

Silinməyib adı qala.


Varlığının sağlığına

Şəfəq sönür qızıl camın

Gecə saysız ulduzilə

Süslür elin qoca damın.


Çən çəvrəsin bürüyəndə

Ulu başın alır duman

Göy qurşağı boyun əyir

Inməsədə zalim zaman.


 Sal qayalar pıçıldayır.

Əsirlərin həmasəsin

Cingildədir duyanlara

Ellərimin varam səsin.


Sarsılmayan el gücüdür

Yüz illərlə meydan oxur

Babək adlı dayanışdır

Dost güvənir düşmən qorxur.


----- ------- -----



İsmayil Cəmili




++++++++++
















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net