Top Shekil

Ev səhifə Qonaq Şairlər İsmail Cəmili (Sevgililər günü)

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı

::::: İsmail Cəmili





Sevgililər günü



Sevgililər günündəyəm

Sevgilimdən uzaqlarda

Ayrılığın əlindəyəm

Sevinclərim duzaqlarda


Nə sən varsan nədə anam

Nə gül vardır nədə çiçək

Yollar uzun, ömür qıssa

Ayrılığa dözmür ürək


Burda əsmir pəncərəmdən

Savalanın ilıq yeli

Burda almır dərdi, qəmi

Gözlərinin sevgi seli


Xatirələr dəftəridir

Dolandığın yerlə mənsiz

Ayrılığın qəzəlidir

Sənsiz, mənsiz qalan Təbriz


Vaxtsız xəzan əsdi bizə

Görüş yeri talan oldu

İstəyimiz yad ellərdə

Tutsaq oldu qalan oldu


Sevgililər ayrı düşdü

Visal çağın hicran Aldı

İlk bahara umudlanan

Bağ baxçanı xəzan aldı


Arzı dolu ürəyimiz

Oldu yenə qəm çanağı

Toy gözləyən anamızın

Gülməz oldu gül dodağı


Sevənləri ayrı salan

Yaramaza qarqış olsun

Ayrılığa baş əyməyən

sevənlərə alqış olsun


----- ------- -----



İsmail Cəmili

++++++++++















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net