Top Shekil

Ev səhifə Qonaq Şairlər İsmayıl Cəmili (Sevgililər günü)

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı

::::: İsmayıl Cəmili





Sevgililər günüdür

Qızıl güllər sevgi daşır

Sevinc gözlərdə alışır

Küs duvarın sevgi aşır

Küsgün olanlar barışır

Sevənlərə

Sevmək sevilmək yaraşır


Sevgililər günüdür

Bizim tayda sevgi yasaq

Sevgi yolu dərin duzaq

Sevənlərin yeri dustaq

Qamçı qapaz çırım çıplaq

Sevgisizlər caynağında

Əsir əsir ana torpaq


Sevgililər günüdür

Dünyada yaz

Bizim tayda şaxta sazaq

Quşlar yorğun

Güllər solğun

Bağlar pozğun

Zaman durğun

Qara qorxu çəmbərində

Yaşam tutsaq

Sevgililər günüdür

Bizim tayda baxçaları sarıb xəzan

Susqun sona bülbüllərin ürəyi qan

İç-içədir qəfəs zindan

Utanmazlar yaramazlar edir cövlan

Doğruları doğrur yalan

Kin-küdurət, qussə-kədər deyir qan-qan


Sevgililər günüdür

Bizim tayda sevgi yasaq, sevən tutsaq

Sevgililər günü yaman

İsmayıl Cəmili 2008



++++++++++















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net