Top Shekil

Ev səhifə Qonaq Şairlər İsmayıl Lütfi(Torpaq və şəkil)

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı

::::: İsmayıl Lütfi





Torpaq və şəkil



Sınmış bir külüng tək

Və doğranmış, yolunmuş daş kimi!


Gözləmə hıçqırtımı

Ya kədərdən, ağrıdan son bağırtımı

Hətta gücüm yox qaçam bari.


Sən gəlməyincə,

Inan ki solmuş günəşəm

Və minlər gedər-gəlməz yol!


Heç soruşub soraxlaşırsan mı?

Hansı daş altında,

Hansı uçan qanad qatında,

Itirmisən keçmişdəki

Qocaman yorqununu?


Bax gör nə yanıb tutuşmuşam.

Tam gecəmin, qovurlanan gecəsində!


Mən bu şəhər, çöküb yixilmasin deyə

Qurban deyilmiş nəzirəm.

Torpaq dolu şəkiləm.

Şayəd də köhnə, susmuş divara mixlanan

Boş bir çərçivə ki

Qalmayıb qaçmağa onda güc daha!


Sən gəlməyincə,

Gəlib bura çatmayınca,

Inan ki solmuş günəşəm.

Və minlərlə gedər-gəlməz yolun

Yolda qalmış pozqunu!


----- ------- -----



İsmayıl Lütfi

++++++++++















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net