Top Shekil

Ev səhifə Qonaq Şairlər İltifat Səfərov ( Köçəri )(Uşaqlıq Həsrati)

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı

::::: İltifat Səfərov ( Köçəri )





Uşaqlıq Həsrati



Baxma ki böyüyəm, çoxalıb yaşım,

İçində körpəyəm, uşağam ana.

Çox da ki möhnətdən ağarıb başım,

Hələ də möhtacam ana, laylana.


İllər nə tez ötdü, vəfası yoxmuş?!

Yenə uşaqlığım geri dönəydi.

Ana, ürəyimdə dağ olan yüküm,

əriyib gözümdə selə dönəydi.


Bir azca tutulan üzün olanda,

Hərdən inciyəydim, hərdən küsəydim.

Könlümü almaqçün dediyin sözə,

Özümü tox tutub, naza çəkəydim.


Ünvan səni bilib, sənə qaçaydım,

Potum ayağıma dar olan kimi.

Sirrimi ilk öncə sənə açaydım,

Könlümə bir gözəl yar olan kimi.


Zülmətə qərq olan gecə düşəydi,

Yenə uyuyaydım dizinin üstə.

Gözüm mürgüləyib, yumulan kimi,

Öpüş qonduraydın gözümün üstə.


Böyüdüm, gen düşdü şirini məndən,

İndi dostum olub qəmi həyatın.

Onda nə asandı, ağlayan kimi,

Tezcə tapılırdı çəmi həyatın.


İndi utanıram söz qaytardığım,

Günümdən, ayımdan, ilimdən ana.

Mən onda bilmirdim hələ bunları,

Çox şey öyrədirmiş, zaman insana.


Mən necə yar sevim nelə dünyada?!

Mənim bir könlüm var, vurulub sənə.

Min gözəl içindən birini seçsəm,

Yenə dəyməyəcək qara kölgənə.


Mən sənin eşqinlə varam əzizim,

Bütün söz-söhbətim sənin üçündür.

Səndən bir ricam var, ay ana bir də,

Məni körpə kimi yenə düşündür.


Oğlun köçəriyəm, qəminə həmdəm,

Yolunda odlara yanacaq şamam.

Ay ana, tək bircə istəyim budur,

Sənin heykəlini sözümlə yonam.


----- ------- -----



İltifat Səfərov

( Köçəri )

++++++++++















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net