Top Shekil

Ev səhifə Qonaq Şairlər İltifat Səfərov ( Köçəri )(Keçə bilmədiyim yollar)

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı

::::: İltifat Səfərov ( Köçəri )





Keçə bilmədiyim yollar



Ömrümdən bircə günüm, zil qaranlıq bir gecə,

Yenə hövlank oyanmışam, düşünürəm gizlicə.


Açıldıqca ömür səhfəm, yaşandıqca hər anım,

Şıltaq körpə uşaq təki, məni danlar vicdanım.


Eh əzizim, yırğalanıb oyandıqca duyğular,

Gözlərimdə donan səni, xəyalını nəm yuyar.

Məndən sənə gələn yolum bircə qarış,

Mən özümsə nə boydayam?!

Milyon illər yol gələm,

Yenə sənin xəyalına, sənə çata bilmərəm.


Bağışlamı desəm sənə, yoxsa gecdi, neyləyim?!

Ömrüm boyu bu hicranın nəğməsini dinləyim?!


Hərdən bir də, baş qaldırır içimdəki bu şübhə,

Necə yoldaş ola bildin, sevmədiyin bir kəsə?

Öz işindir, nə isə…..!


Bəlkə, sənsən günahkar?

Yox-yox, sənsiz yaşanılan ömür zərər,

Sənlə birgə yaşadığım günah kar.


Tək bir şeyə heyfim gəlir ömrümdə!


Düşünmə ki, peşmanam,

Bircə dəfə of demərəm

Ömrüm boyu sənsizliklə odlanam!


Uzun qara telərinin dən yaşadan günlərini görmədim,

Bax bu məni yandırır.

Qorxma, hələ

Səni mənim ürəyimdə yaşadacaq, neçə-neçə an durur.


Gülüm, daha qınamıram səni də,

Çoxdan sildim ürəyimdən, sənə olan kini də.


Şükr edərək yaşayıram, yaşanılan hər günə,

Bil ki, daha möhtac deyil könlüm sənin sevginə.


Mənim eşqim şeiriyyətim, mənim eşqim səsimdi,

Səndən mənə hicran qalıb, hicranın da bəsimdi.


Ayrılıqdan ayrı düşməz yollar içrə yolum var,

Xəyalınla sevişirəm, xəyalındı düzilqar.


----- ------- -----



İltifat Səfərov

( Köçəri )

++++++++++















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net