Top Shekil

Ev səhifə Yazılı Şerlər Babək 2

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı

Babək qalası xatirələri

Və ya

Babəkçilərin dirəniş və inanış həmasəsi



Biz də bir çox Azərbaycanın istiqbalına inanan insanlar kimi millətimiz tərəfindən Babək qalasını ziyarət günü kimi bəlli edilmiş günlərdə qalaya tərəf yola düşdük. Azərbaycanı bam başqa bir həyəcan bürümüşdü. Yollarda isə bu həyəcan açıqca görünməkdə idi. Azərbaycan sevdalısı saysız insanlar böyük bir həyəcan və şənlik yaşamaqdaydılar. Yeddidən yetmişə Babək qalasına səfər edən hər kəs bir birini Azərbaycanın bu milli günü münasibəti ilə təbrik edirdi. Baxmayaraq ki, qalaya yüksəlmənin qarşısının alınacağı haqda xəbərlər dolaşırdı, ancaq kimsə bu ziyarət iradəsindən vaz keçmirdi. Deyilənə görə sadəcə Qaradağ mahalında deyil, hətta Tehranda belə iztirari vəziyyət elan edilibmiş! Təbrizdən Kəleybərə qədər bir neçə yerdə kontrol və yoxlama qərargahları təşkil etmişdilər. Ancaq bütün bu qorxu mərkəzi olaraq zənn edilən qərargahlara rəğmən Azərbaycanlılıq kimliyinə iman gətirən insanlar heç bir qorxu hiss etmədən qalaya tərəf axın etməkdə qərarlıydılar. Qorxu insanların inancını tərk etmişdi. Qalaya hərəkət edən hər kəs bilir ki, Babək Azərbyacn uğruna necə fədakarlıq göstərmişdir. Bu səbəbdən də devlətin aldığı tədbirlərə baxmayaraq qalaya tərəf axin sel kimi davam edirdi. Axin edənlərin içində çox yaşlı qadınlar və kişilər də gərünməkdədir. Bu da o deməkdir ki, Azərbaycan adlı həqiqəti sadəcə gənc nəsl mənimsəməyibdir, bu həqiqət bir çox insanların vicdanini təsirləndirmiş, bir çox vicdanları fəth etmişdir.

Nə qədər insanları yoldan qaytarsalar da bəzən bir neçə maneə bir şəkildə keçmək mümkün olurdu. Lakin daha sonraki maneələr ortraya çıxırdı. Əslində isə hər kəsin ağlında belə bir sual gəzirdi: nədən bu millətin həmrəyliyindən, bir araya gəlib özünü dərk etməsindən bu qədər qorxurlar? Dağlarımızda ki, rejimin təxrib ediləcək heç bir şeyi yoxdur, bu qorxu nedendir? Cavab bəllidir. Təxrib edilən bir şey var, o da şovinizmin fitnəsi və qeyri-insani tətbiqatıdır. Bu şovinizm əxlaqsızlığını Azərbaycan xalqı öz tarixindən, öz dağlarından ilham alaraq dağıtmaq istəyir.

Qalanın ətəklərində ellərində dəyənək olan özəl polislər rəhm etmədən Azərbaycan insanlarına hücum edirlər. Azərbaycan oğulları və qızları dövülürlər. Bu dəyənəklər sadəcə hansısa bir Azərbaycan insanının bədəninə endirilmir. Bir millətin tarixi və heysiyəti dövülür. Qudurmuş şovinizm öz qudurğanlığını sərgiləyir. Ancaq bütün bu dövülmələr sanki millətin iradəsini daha da gücləndirir. Qalaya yüksəlməkdə böyük bir iradə sərgilənir. Bir qadını bir neçə özəl polis dövürlər. Sanki tarix təkrar olunur. Babək Xürrəmdinin də son savaşında qala bu şəkildə müdafiə edilmişdir. O zaman da qadınlarımızla savaşçı oğullar son imkanlarına qədər qalanı qorumuşdular. Əlbəttə ki, bizim ulu dədələrimizin, nenələrimizin ruhu bu ölkəni tərk etməmişdir.Əlbəttə ki, bu vətənin sahibləri vardır.

Bu il lazımlı şəkildə böyük bir törən gerçəkləşmədi. Gerçəkləşsə idi iki milyondan artıq insan qalaya toplaşacaqdı. Lakin başqa bir hadisə gerçəkləşdi. Dağlarımız millətimizin böyük qəhrəmanlığına şahid oldu. Dağlarımız Babək Xürrəmdin zamanındaki dirəniş örnəyinə təkrar şahid oldu. Azərbaycan milli tarixində yeni hadisə gerçəkləşdi... və dağlarımız şahid oldular ki, Babək Xürrəmdinin ruhu bu milləti tərk etməyibdir



Pərı (Sarı Gəlin) - İyul 2005
















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net