|
Birləşmek insani görəvimizdir
Qardaşımın 7 yaşında oğlunun etiraz dolu
sözləri ki deyirdi: Yox ata, mən məktəbə getmək istəmirəm,
məni düşündürüb, yaddaşımı varaqlayib, keçmişə apardı!
Hələ də 18 ildən sonra məktəbə getdiyim ilk
günü çox yaxşı xatırlayıram.
6 yaşıma yenı ayaq qoymuşdum. Axı məktəbə
getmək üçün çox tələsırdım və iki il boyu o gün olmaz idi ki
mənı məktəbə göndərmək üçün anama yalvarmayaydım. Elə
buna görə də anam 6 yaşım olunca adımı məktəbə
yazdırmışdır.
Keçən günlərı xatırladıqca hər şey bir sınama
pərdəsı kimi gözümdə canlanır. Yadıma gəlır bir gün anam
mənı səsləyıb dedi: Qızım sabah məktəblər
açılır və sən bu axşam çox tez yatmalısan ki
sabah səhər tez oyanıb və dərsə gedəsən.
Elə sevınmışdım ki axşam ərkəndən
otaqıma gedıb və yatmaqa çalışdım. Amma heç cür
yata bılmırdım, bir an əvvəl səhər olsun istəyirdim!
Xan nənəmın və anamın mənə
öyrətdıklərı şerlərı dəfələrcə öz özümə
təkrarladım, axı onları məktəbdə, hələ heç görmədiyim
amma çox sevdiyim müəllımım və tanış olmadığım
rəfiqələrim üçün oxumaq istəyirdim!... Sonra yuxu aləmı nə zaman
mənı özünə sarı çəkmışdır heç xatırlamıram!...
Pərı, qızım... oyan, səhər oldu... məktəbə
gec qalarıq... Bu səs anamın səsi idi... gözlərımı açıb
dər hal yataqdan qalxıb və böyük həvəslə və sevınclə
hazırlanmışdım. ...Anam sağollaşdı və getdı amma mən
heç narahat olmadım, axı anam həmişə deyərdi ki Bütün uşaqların
məktəbdə bir başqa anaları daha var ki onun adı xanım müəllimdir!
Bax elə bunun üçün də heç bir uşaq məktəbdən qorxmamalıdır,
özünü yalnız hiss etməməlidir. Məktəb hər balaca uşaqın ikinci evidir!
Rəfiqlərimlə tək tək tanış olub səbirsizliklə
müəllimimi gözləyirdim. Sonunda gəldı! Amma çox qəribə bir şey oldu...
Xanım müəllim ikinci anam mənım heç tanış olmadığım bir dildə
danışmağa başladı! O qədər təccüblənmışdım ki
heç bilmirdim nə edəm. Bəzi rəfiqələrim də o qəribə dildə
danışmağa başladılar, bəzən də gülürdülər! Aman Allah necə
də o gün özümü birdən yalnız hiss etmişdim.
Müəllim hamıdan nəsə soruşurdu. Öncə nə soruşduğun başa
düşmürdüm, ancaq dostlarım cəvabında adların deyincə anladım ki hər
kəsin ismin soruşur. Biraz sonra bir neçə rəfiqəmi lövhə qabağına aparıb
və onlara özgə dildə bir sözlər dedi. Yenə əvvəldə heç bir şey
anlamırdım amma dostlarım hər birisi sırayla bir şeylər oxudular
və mən bildim ki oxuduqları yəqin ki şerdır.
...Bu özgə ortama elə tək qalmışdım ki o biraz əvvəlki
sevincdən, həvəsdən heç bir əsər qalmamışdır. Anam, evimizi
özləməyə başlamışdım!!! Başımı aşagı salıb
fikrə dalmışdım ki birdən kənarımdakı rəfiqəm dedı:
Pərı, müəllim sənı lövhəyə çagırır. Ürəyım çirpinmağa
başladı. Titrəyən addımlarla lövhə qabağına getdim. Axır qorxa qorxa
dedım: xanım müəllim mən Siz danışdıgınız dili bacarmıram. Olar ki öz
dilimizdə danışım? Müəllim qaş qabağın düyünlədı və
dedı: Yanı sən Farsca danışmağı bacarmırsan? ...Yavaşca cavab
verdım: Xeyr xanım müəllim, bacarmıram, və daha qorxumdan heç başımı
qaldırıb üzünə baxmadım. Müəllim bu dəfə uca səslə dedı:
Bəs sənın anan bu neçə ildə sənə nə öyrədıb? Bəs
bilmirdi ki gərək Fars dilin öyrədə ki məktəbdə belə dilsiz qalmayasan?
...Sankı boğulurdum, nəfəs çəkə bilmirdim. Gözlərım dolmüşdür
və uca səslə ağlamaq istəyirdim amma ağlamadım çün ki atam həmişə
mənə deyərdı ki: Qızım, çalış ki hər çətinlikdə
möhkəm dayanasan və sənı izləyən gözlər önündə ağlamayasan.
...nədənsə üşüyürdüm və bir an əvvəl evımızə getmək istəyirdim.
Axır zəng idi və nəhayət anam mənı aparmağa gəldı.
Qəfəsdən azad olmuş bir quş kimi anamın qollarının arasına qondum
və ağlaya ağlaya dedım: Ana can mən daha sabah məktəbə
gəlmiyəcəyəm.
...Evdə onları anama, atama danışdım və yenə də
dedım ki bir daha məktəbə getmiyəcəyəm. Anam mənı
bağrına basıb dedı: Mənım balam sən əgər böyük insan olmaq
istəyirsənsə heç vaxt izin vermiyəcəksən ki çətinliklər getdiyin yolda
sənə mane olsunlar. Sən iradəli bir insan kimi her acıya dayanıb və
lap yaxşı şəkildə yoluna dəvam etməlisən. Sən müəlliminə,
rəfiqələrinə və hər kəsə göstərməlısən ki hər
nəyi öyrənıb və bacara bilərsən. Anama dedım: Axı ana mən
Fars dilin sevmirəm. Niyə bəs biz məktəbdə öz dilimizdə yazıb
oxuya bilmirik? Anam cavab verdı: Qızım, bu səndən və məndən asılı
deyıl. Təssüfl ki bizlər hələlik bu aciya dözməliyik!. Amma sənə söz
verirəm ki bir gün ana dilində yazıb oxuyacaqsan.
Artıq o günlərdən illər keçıb, amma təssüf ki hələ
də mənım ilk ildə məktəbdə çəkdiyim acıları,
çətinlikləri indi bir çox evladlarımız yaşayır və görür! Elə
biri də mənım qardaşımın oğlu ki keçən il ana məktəbdə,
Türk dilində, Ana dilimizdə şer oxuduğu üçün müəllimi tərəfindən elə
təhqır olunub və cəzalanıb ki indi daha dərsə getmək istəmir!
İndi mən üz tuturam Azərbaycan xalqına və soruşuram: Nə
qədər səbir, nə qədər təhəmmül? Nə qədər
saymamazlıq, nə qədər görməməzlik? Artıq bu qədər taptalanmaq
yetməz mi? Haqqlarımızın əzilməsin nə zamana kimi səssizcə
izləyəcəyik? Evladlarımızın təhqır olduğun, dillərinin
kəsilməsin nə vaxta kimi görüb və dinməyəcəyik?
Bu görməməzlik, bu əl əl üstə qoymaq Azərbaycanın
qeyrətlı xalqına yaraşan bir hərəkət mi?... Nəyi, kimi, hansı bir
ilahi yardımı gözləyirik? İllərcə insafsızca, namərdcəsınə
bizdən alınan ən doğal haqqlarımızın almaqın kimdən
tələb edır, kimdən gözləyirik?... Bizdən başqa kim bilər, kim başa
düşər ki bizim dərdlərimizi, acılarımızı? Bizdən başqa
kim eşidə bilər ki boğulan səsimizi, fəğanımızı?
Bizdən başqa kim bizə dost ola bilər? Türkdən başqa Türkə kim yar,
kim arxa ola bilər ki?
Bəs nədir bu ayrılıqlar, nədir bu susmaq? Niyə birləşmirik?
Niyə arxa arxaya verıb kökümüzü yer üzündən sökməyə çalışanlara
qarşı gəlmirik? Niyə kimliyimizi, dilimizi, istiqlalımızı yox etmək
istəyən düşməni birləşib yox etmirik?
Gəlin ulu qəhrəmanlarımızın, bu torpaq, bu millət uğrunda
canların fəda eyləyənlərın qanların yerdə qoymayaq. Artıq
oyanmaq, birləşmək zamanıdır.
Azərbaycan xalqı hər zaman istədiyin əldə edıb və
edəcək, yetər ki iradə etsin və istəsin elə bunun üçün də
əsirlərlə adımız, Azərbaycan şanlı adı dillərdə
olub yenə də olacaqdir. Unudmayaq ki bizlər gələcək nəsilin
səadətı üçün, evladlarımız üçün birləşməliyik ki bu bizim insani
görəvimizdir.
Pərı (Sarı Gəlin) - 28 İyul 2005
++++++++++
|