|
:::: Bayrağım dilim... dalğalansana!

Bayrağım dilim... dalğalansana!
...burax gözlərim
burax ürəyim sızlasın
küçələrdən silinsə də
tökülən günahsız qanlar
ürəyimin torpağında
ömürlük qalacaq
sənin yaşlarınla bəsləyəcəm
qan dənini
intiqam göyərəcək
heç solmayacaq
öc almayınca
Burax ürəyim
burax gözlərim ağlasın
yerlərdən yığdığı qanlar
indi zuğ atıb
bax!
qrmızı lalələr boylanıb
bəbəklərində!
borcluyam o ölməzlərə
al lalə əkməliyəm
hər məzarın başında
günlərcə...
zəfər gününə qədər
Burax əllərim
qoy qələm dilə gəlsin
çizsin
ağ sinəsini kağızın
coxdan bitmiş
göy mürəkkəbi!
qan dolaşır damarında
bax!
qan qusacaq indicə qələmim!
qan yazacaq!
Burax canım
özgür burax ruhumu
ənginliyə var həvəsi
ver açarı
açım dar qəfəsi
ruhumu azad et, uçursana!
Eh... boş ver dilim
nə çıxar bağlı qalmaqdan?
söyləyə bilməyəcəksənsə düşüncəmi
nəyə yarar var oluşun ağzımda?!
ya haykır istəyini
ya sökül kökündən
haydi... haraylan...
bağırsana...
sən bayrağım dəyilsən mi?
dalğalansana...
mənliyini, özlüyünü çağırsana...
alsana...!!
_-_-_-_-_-_
Pərı (Sarı Gəlin) - 16 İyun 2006
+++++++++++
|