|
Mehran Rəhimi
Cəsarətlə Mən ana dilimdə
oxumaq istəyirəm
söyləyən kiçik yaşlı, böyük millətin qəhrəman oğlu
Mehran Rəhiminin şərəfinə baş əyirik.
Bir düşüncə, bir ideal millətin bütün qatmanları (layələri)
tərəfindən mənimsəndiyi zaman dünyanın ən böyük orduları belə
o milləti məğlub edə bilməz. Əslində millətin oyanışı
və öz milli haqllarının miqyası haqqında bilgi sahibi olması demək,
millətin bütün qatmanlarının bu həqiqəti idrak etməsi anlamındadır.
Bu həqiqət bir zərurət və ehtiyac kimi ortaya çıxdığında, o
ehtiyacı bərtərəf etmək üçün şəxsiyətlər də
yetişəcəkdir. Çünük azadlıq zərurətin, dərki anlamındadır.
Burada Bəxtiyar Vahabzadənin bir şeirini söyləmək yerinə düşər:
Hələ azadlığı hiss edir bu xalq
Şirin arzu kimi, xoş niyyət kimi
Hələ azadlığı dərk etmir ancaq
Bir ehtiyac kimi, zərurət kimi
Elə danışırıq, bəs əməl hani?!
Sözlər beyindəki pası əritməz
Zərurət bilməsə azadlığını
Xalq onun yolunda ölümə getməz
Budur ilk borcumuz, ilk vəzifəmiz
Demişəm qardaşlar, deyirəm yenə
Xalqın nəzərində azadlığı biz
Qaldıraq zərurət səviyəsinə
Mehran Rəhimi öz davranışı ilə bir tarix yaratdı.
Xalqın nəzərində milli azadlıq
anlayışını zərurət səviyəsinə yüksəltdi.
Əslində isə bu milli yolun yolçuları başından
bəri olmuşdur, çox olmuşdur. Lakin bu yaşda bir
çocuğun qalxıb da mən Türkəm, öz dilimdə oxumaq
istəyirəm deməsi və bu üzdən də dövülməsi
insanların vicdanını təsirləndirən bir
qəhrəmanlıq hadisəsidir. Bəlkə bu
qəhrəmanlığı hər bir milli Azərbaycan insanı
gerçəkləşdirmək istər, Ancaq Mehran Rəhiminin bu heysiyətli
davranışında hər kəs
öz heysiyətini sərgilədi sanki. Bəlkə bizlər də
bu qəhrəmanlıq qarşısında gözlərimiz dolaraq
Yaşasın Azərbaycan, Yaşasın bu yurdun mərd
oğulları, yaşasın Mehran Rəhimi
söyləyərək öz özümüzə
pıçıldamışıq. Pıçıltımı bu? Deyil,
pıçıltı deyldir. Bu tufan səsidir. Bu tufanın,
Azərbaycana milli haqlarını gətirəcək bu
fırtınanın görüntüsünü Mehran Rəhimi adında bir
Azərbaycanlı Türk çocuğun timsalında gördük. Gördük və
düşündük. Mehran Rəhimi bir daha bizi dərin dərin düşünməyə
və əməl etməyə çağırdı. Mehran
Rəhimi həyəcan, eşq və istək dolu bir
ehtiyacı haykırdı, Azərbaycan tarixinə
bağırdı. Onun o uşaq vücudu dövüldü, əzildi. Mehran
Rəhimini bu insani istəyindən dolayı dövənlər
Böyük Azərbaycan Türk millətinin haq fəryadını boğmağa
çalışdılar. Yalnız Azərbaycan
evladları özgürlük və eşq nəğmələrini
söyləyirlər. Özgürlük şarkısını
söyləyəcəyik. Bir ağızla deyəcəyik:
Nə vaxtacan qalacaqdır
Qolu bağlı Azərbaycan
Qalx ayağa ya azad ol
Ya tamam yan Azərbaycan
Pərı (Sarı Gəlin) - Oktyabr 2005
|