|
Həzrəte Molana-nin (Moləvi) qəzəlinin tərcüməsi:
"Ey Allah"
Allahım bu vəsli hicran eyləmə
Eşq sərxoşlarıni ağlatma, zar, nalan eyləmə
.......
Can bağını yam yaşıl et, həm təzə
Məstlərə qəsd eyləmə, gülzarı talan eyləmə
.......
Əzməsin xəzan yeli ürəklərin budağını
Xalqını avarə etmə, möhtacı derman eyləmə
.......
Hər ağac ki bir quşun yuvasıdır
Sinmasın qol qanadı, quşu yuvasız eyləmə
.......
Bəzmini, öz şamını söndürmə sən
Kor eylə duşmanları, ürəklərin şad eyləmə
.......
Oğrular aydın günə duşməndilər
Heç olmasın diləkləri, arzuların çin eyləmə
.......
Ümidlər kəbəsi bu məclisdədir
Qiyma bu mənzilə sən, xarab, viran eyləmə
.......
Xeymənin qırma ipini, kəsmə sən
Ki sənin xeyməndir o, sultanim etmə, eyləmə
.......
Yoxdur aləmdə, hicr dərdindən acı
Hər nə istərsən buyur, vermə fəraqı eyləmə
.......
Pərı (Sarı Gəlın) - 28 Oktyabr 2005
|