|
Özləmişəm...
Həsrətin dolaşır damarlarımda
sonra...
axır ürəyimə
damla-damla
ürəyim çırpınır...
döyünür dəlicəsinə
və
səni
özləyir...
səni
gözləyir...
hər tərəf sənlə dolu
amma sən
up-uzun yolun ən son durağında
bir röya kimisən!!
və
mən
bu gün
yenə də
öz röyamı özləmişəm...
.........
divarların ağırlığı niyə bəs sancılıb omuzlarıma?!
niyə bükülür belim?!
otağımın dirəyi mənəm yoxsa?!
uca bir Ah çəksəm çökər mi?
yıxılar mi tavan?
bir ulduz göküzündən düşər mi əllərimə?
ışıqlandırarmı gələn günlərimi?
Ahhhh...
ah çəkməyi özləmişəm...
.........
Gəlin duvağı qədər ağ diləklər avuclarımda
möhkəm saxlamışam!
sıxacağam köksümə
öz bəbəyim kimi
gecə-gündüz
bəslənsinlər diyə
könlümün yam-yaşıl arzular ormanlarda
eyyy...
yaşıl-yaşıl sözlərini özləmişəm...
.........
Ürəyim təngə gəlib...
sənin həsrətin dənizlər qədər dərin?
səma sinəsi qədər geniş?
yoxsa mənim könül evim darısqal?!!
niyə artıq daşiya bilmir sənsizliyi ürəyim??
ilahiii!
mavi dəniz kimi ürəyini özləmişəm...
.........
yağış yağır
ay necə də ağır-ağır
yaslanmış başım çigninə pəncərənin
dalğalanır damlalar camın gözlərində!
camın gözü ıslaq?
yoxsa mənim mi?!
kim ağlayır?
mən mi?
buludlar mi?
aman Allah!
yağmur baxışlı,
çay qarası gözlərini özləmişəm...
.........
Pərı (Sarı Gəlin) - 1 April 2006
++++-------++++
|