Top Shekil

Ev səhifə Yazılı Şerlər Qarabağım

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı

Qarabağım



Söhbətə çağırır şuşa ceyrani...

Çağırır yaralı yaralı səni...

Çağırır axdiqca gözümün qani...

Bu gün Qarabağın maralı səni...

"Qabil"



“Şuşa ceyrani” ürəyinə qurban

Sinəndə qanayan yaraya qurban

Gözlərin ağlar, səsin həzin

Vaxtsız ağaran saçına qurban


.......


Sən o tayda, mən bu tayda

Dərdlərin ruhumu çəkir dara

Sanma unutmuşam sənı, “Qarabağın maralı”

Hicran acisin sözumdə ara


.......


Çağirna səs verən mənəm, duy səsimi

Həsrətinə yanan mənəm, paylaş qəmini

Bax! Qarabağ çagırır bizi, birləşməliyik

Uğrunda Anamıziın sütünə and içməliyik


.......


Dolmasın gözün, düşmən ağlasın

Başını əymə sən, namərd utansın

Vətən adlı sevdamız cəhani sarsın

Qoy bu sədamız hər yanda ucalsın


.......


Damarlarımdakı axan, dolaşan qan!

Könül yaram, sevgı bağım “Qarabağım”

Qara gününü gördükcə bağrim şan şan

Baxtı qaram, Arzu anam “Qarabağım”


.......


Adınla fəxr edir səni hər taniyan

Dillərdə əzbər olsun adın “Qarabağım”

Zəfər günəşin doğmaqda, dayan

Tapılmaz bənzərin tayin “Qarabağım”


.......


Qış gedəcək, əsəcək bahar nəfəsi

Yerdə qalmayacaq məzlumun naləsi

Yüksələcək könüllərdə Xanin səsi

vətəni Qarabağ şikəstəsi



Pərı (Sarı Gəlin) - 3 Avqust 2005
















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net