|
Xacə Hafizin Qəzəlinin tərcüməsi:
Qəzəl (2)
Bir eşq dərdi çəkmişəm ki sorma
Hicran zəhərin içmişəm ki sorma
.......
Gəzmişəm dunyada, ən sonunda
Elə bir dilbəri seçmişəm ki sorma
.......
Qapısının torpağıni qoxlayim deye
Necə gedir göz yaşlarım ki sorma
.......
Dun gecə ağzindan öz qulağim ilə
Oylə sözlərin duymuşam ki sorma
.......
Nə dişləyirsən dodaqını ki danışma
Bir al dodaqı dişləmişəm ki sorma
.......
Sənsiz ey yar, yoxsul, kiçik evimdə
Nə çətinliklər çəkmişəm ki sorma
.......
Qərib Hafiztək mən də eşqin yolunda
Elə bir məqama çatmişam ki sorma
.......
Pərı (Sarı Gəlın) - 25 Oktyabr 2005
|