Top Shekil

Ev səhifə Yazılı Şerlər Səadət

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı

Səadət


...... Bir daha saata baxdım... 15 dəqiqə olardı ki bir boş taksı gözləyirdim... Günəşin isti nəfəsi artıq yanaqlarımı və gözlərimi yandırmağa başlamışdı!... durduğum yerdən biraz üstlük, bir ağac bütün səxavət ilə saçların pərişan edıb və ətrafına sərın bir kölgə sərmişdi!

Çarəsız ağaca tərəf hərəkət edım bəlkə inadla şaxan günəşın əlindən qurtulmuş olam. Arxaya döndüm və birdən gözlərim yaşlı bir qadının qəmlı baxışlarına toxundu. Ağacın kölgəsində, bir daşın üstündə oturub, bəzən başın sağa, sola çevirib, yerdə bir şey axtarırdı!... düşündüm ki nəsə itirib. Çox gəzib tapmayainca, indi belə ümidsiz baxır amma hələ də istəmir itirdiyinin anidən yox olmasına inansın! Üzümü döndərıb və yenə xiyabana baxdım, taksıdan xəbər yox idi.

Əlimdəki kitabi açdım. İlk səhifənin başında öz yazım gözümə dəydı “Ana can... olaram dərdə həmdəm... sənı qəmlı görəndə”... yadıma gəlir bu yazını universitətdə dərsdə olanda yazmışdım. Ustadım ana haqqlarından və ananın necə qimətli bir varlıq olduğundan danışıb, mən də bu mahnı sözü ürəyımdən keçıb, onu kıtabın ilk səhifəsinə yazmışdım.

Dərın fikirə dalmışdım ki hiss etdim biri adımı səslədı!... həmən başımı qaldırıb hər tərəfə baxdım, kimsə yox idi! Amma o yaşlı qadın yenə orada idi!

Daha o baxışlara dayana bilmədim. Yaxın gedıb, yanında oturdum. Salam deyıb soruşdum: Ana can, bir şey mi olub? Mənım əlimdən bir köməklik gəlirsə lütfən deyın. Nigəran və qəmlı gözlərı ilə mənə baxıb dedı: Yaşıyasan qızım!... yox mənım balam, sən mənə necə kömək edə bilərsən ki... Dedım: Axı sizi çox kədərlı görürəm, siz də mənım böyük anam sayılırsınız, dedım bəlkə sizə yardım edə bilərəm. Bu dəfə məhəbbətlə dolu baxışların üzümə yağdırıb dedı: Qızım! Mən bu gün bankaya getdım, bax o bankaya(əlı ilə xiyabanın digər tərəfindəki bankayi göstədı)... maaşımı aldım və kiçik bir kisəyə qoydum, sonra ət, çorək və dərmanlarımı almaq üçün yola düşdüm. Dukanda ətın pulun vermək istəyirdim ki gördüm cibimdə pul kisəm yoxdur. Elə bil dünya başıma xarab oldu! Tez dukandan çıxdım və oradan buraya kimi piyada, yerə baxa baxa, hər kəsdən soruşa soruşa gəldım, ancaq kisəni tapa bilmədim. İndi də nə evimə getməyim gəlir, nə də bundan artıq bu istiyə dözə bilmirəm... ay bala! Allah heç kimi mənım kimi adamsız və möhtac etməsın... mənım geçımım rəhmətlik yoldaşımın aylığıyladı, düzdü çox azdı amma çarəm nədır? Bir təhər keçınırəm!

Yaşlı qadının gözlərı doldu... elə mənımdə! Əlimdə olan, iki saat oncə aldığım paltara baxdım ki mağazaçı onu diqqətlə bir rənglı kağaza bağlamışdı. Axı bir neçə gün sonra dostumun toyuna gedəcək idim və yenı bir lıbasda görünmək istəmişdim!

Bir daha yaşlı qadının qəmlı gözlərınə və yorğun üzünə baxdım. Alnıma soyuq tər oturdu və özümdən utandım. O bağlı paltarı daha əlımdə saxlaya bilmirdim, sankı bir parça od olub əlımı və ürəyimi yandırırdı!... yaşlı qadının qolundan tutub, dedım: Ana can, sizə bir söz demək istəyirəm amma nə olar incimeyin. Ana can, mənı öz qızınız bilin və gəlin birlikdə, oncə dərmanlarınızı, sonra digər ehtiyaclarınızı almağa gedək... nə olar yox deməyin. Yaşlı qadın təəccuüblə üzümə baxdı, sankı eşiddiklərinə inanmamışdır. Dedım ana can qalxın gedək... gözlərı yenə doldu, dedı: qızım, allah sənı heç bir zaman yalnız biraxmasın, allah sənə uzun ömür versın. Xoşbəxt olasan qızım!

Yaşlı qadının əlındən öpüb və yardım etdım ki ayaqa qalxsın, daha gözlərındə kədərdən və nigərançılıqdan heç bir iz qalmamışdır... birlikdə yola düşdük...

Artıq günəşın istisi yanaqlarımı yaxmırdır, ya da daha yaxa bilmirdir! Çünkü sərın və nəmlı bir külək əsməyə başlayıb, mənım ürəyımı, ruhumu sarırdır!... gök üzünə baxıb, gözlərımı yumdum və ürəyımdə dedım: Gözəl allahım! Sənə mınlərcə şükürlər olsun ki mənı layıq görüb və bu günü mənə yaşatdın... şükürlər olsun ki bir insanın, bir “ana ürəyin” sevindirmək səadətın mənə bəxş etdın! Sənə şükürlər olsun ey mehriban allahım!...



Pərı(Sarı Gəlın) - 11 İyul 2005
















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net