|
::::: Sarı Gəlin ( Pəri )
Bir Damla
Sənsiz ötən hər axşamda,
lal gecənin inləməsi.
bir də könlümü saran,
səndən,
səni yazmaq həvəsi.
özləmimə
ovuntudur sanki.
Yazmaq istəyirəm səni
eyyy əsmər baxışlım,
həzin türküm,
şeir dadında sevgili!
***
Çırpınır gövərçin ürək,
xəyalini özləməkdən yorqun!
Kəlimələr kövrək
yoxluğuna küsgün!
Doludu ürəyi qələmin,
sənsizliyə qırqın, darqın!
Titrəyir kölgəsi təkliyin
soyuq alovunda şamın!
Dəli külək əsməkdə
sürgün-sürgün...
Pəncərənin quru boğazı,
yağışı içir yudum-yudum...
Gök-üzü yalnız, işıqsız
nə bir damla ay!
nə bir ovuc ulduz!
Göynədir qəlbimi,
qırmızı,isti bir acı
həsrət qoxulu,
hicran dadında!
Dinlədiyim hər mahnı
hüzün məqamında!
***
Birazdan gün doğar
bitər sənsiz, amma
sənlə dolu bir gecəm daha!
Boylanar odaya səhər yeli,
pəncərədən usluca.
oxşayan barmaqları saçımda,
uyutmağa çalışar,
gözləyən gözlərimi astaca.
***
Sevgilim!
duy, anla...
sənsiz açılan hər sabahda,
olacaq dilimdə adın,
gözlərimdə bir damla!...
----- ---- -----
Pərı (Sarı Gəlin)
14 October 2006
++++++++++
|