|
::::: Sarı Gəlin (Pəri )
Kim asdı sevgini dara
Kim asdı sevgini dara?
Ayaqladı ürəyini,
Həsrət qoydu yarı yara.
Kim boğdu sevdanın səsin?
Zəncirlədi əllərini,
Çaldı şövqün, həm həvəsin.
Kim kəsdi eşqin qanadın?
Qaraladı gözlərini,
Aldı ondan yaşam dadın.
Kim yazdı sevgiyə yasaq?
Dustaqladı aşiqləri,
Qurdu min bir hilə duzaq.
Kim öldürdü qızıl gülü?
Qana çəkdi ləçəyini,
Ağlar qoydu şən bülbülü.
----- ------- -----
Sarı Gəlin(Pəri )
15 November 2006
++++++++++
|