|
::::: Sarı Gəlin ( Pəri )
Sarı...!
Sinəmdəki gizli köz,
yandırmasada büs-bütün məni,
savurub külümü,
bağlamasada,
ölüm göbəyinə, göbəyimi,
Sağ olsun!
sən demə,
bağışlamış ömrümə,
səssiz, əvəzsiz,
dörd mevsimlik bir payız!
Deyərlər:
eşqin rəngi qırmızı.
mən isə güz-gülü
sap-sarı!
nə bilim,
bəlkə də bu üzdən,
qaçqınam sevgidən!
Varaqladıqca indi,
ömür təqvimini,
günlərimi qucaqlayan,
qanıma qarışan,
qulağımda çıllayan zəng,
ən vəfalı rəng,
gah solqun,
gah da coşqun,
bəzən soyuq,
bəzən də ılıq,
Sarı
Sarı
Sarı...!!!
----- ------- -----
Sarı Gəlin ( Pəri )- 26 January 2007
++++++++++
|